AZ

“Qarabağ” kolumbiyalı futbolçu transfer edir

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.biz İdmanxeber.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi kolumbiyalı sol vinger Kamilo Duranla anlaşıb.

23 yaşlı futbolçu yaxın günlərdə Bakıya gələcək. Portuqaliyanın “Portimonense” klubundan transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib.

Duran ötən mövsüm Portuqaliya 2-ci liqasında 26 oyunda çıxış edib və 5 qol vurub.

İdman.biz

Seçilən
25
2
idman.biz

10Mənbələr