AZ

ABŞ prezidentinin müşaviri: Putini küncə sıxışdırmışıq

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Donald Tramp Vladimir Putinə qarşı yumşaq davranmır, artıq onu strateji olaraq küncə sıxışdırıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidentinin dini məsələlər üzrə müşaviri Mark Börns deyib.

“Prezident Tramp mümkün qədər diplomatik olmaq üçün əlindən gələn hər şeyi edib. Onun məqsədi Üçüncü Dünya müharibəsinin qarşısını almaqdır. Bəziləri onun Vladimir Putinə güzəştə getdiyini düşünür, amma belə deyil. Bəzilərinin düşündüyü kimi ona qarşı yumşaq deyil. Prezident Putini strateji baxımdan dalana dirəyib. Rusiya iqtisadiyyatının zəif olduğunu bilirik. Prezident Ukrayna məsələsində bütün səlahiyyətlərindən istifadə etməyə məcbur olacaq”, - Börns vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
4
bakivaxti.az

5Mənbələr