AZ

Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR: Bu il məktəblər sentyabrın 20-i başlayacaq?

Nərimanovda yataqxanada yanğın olub, üç nəfər tüstüdən zəhərlənib. Bu barədə Avtosfer.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

25.08.2025-ci il tarixində saat 15:00 radələrində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (2 qadın, 1 kişi) stresə qarşı kəskin reaksiya diaqnozu ilə yerində yardım göstərilib.

Seçilən
4
3
avtosfer.az

5Mənbələr