AZ

Zelenski ABŞ-dan silah alışına görə ayda ən azı 1 milyard dollar almaq istəyir - ÖZƏL

Ukraynanın məqsədi ABŞ-dan silah almağa imkan verən PURL proqramını maliyyələşdirməkdir.

Ukraynaya ABŞ-dan silah tədarükü proqramı üçün ayda ən azı 1 milyard dollar lazımdır.

Olaylar xəbər verir ki,bu barədə Vladimir Zelenski açıqlama verib.

"O, ABŞ-dan silah almağa imkan verən PURL proqramına Norveçin də qoşulduğunu bildirdi və bizim məqsədimiz bu proqramı hər ay azı 1 milyard dollar məbləğində maliyyələşdirməkdir," - deyə Zelenski Kiyevdə səfərdə olan Norveçin Baş naziri Yonas Qar Störe ilə birgə mətbuat konfransında söyləyib.

PURL (Prioritised Ukraine Requirements List) proqramı iyulun 14-də ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Ryutte tərəfindən işə salınıb. Bu mexanizmə əsasən, NATO müttəfiqləri Ukrayna üçün ABŞ ehtiyatlarından silahlar alırlar.

Rusiyanın "xüsusi hərbi əməliyyat"a başlamasından sonra Qərb müttəfiqləri dəfələrlə Ukraynaya silah tədarükünü artırıblar və yeni yardım paketləri ayırıblar. Kiyev isə daim hərbi yardımın artırılmasında israr edir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
3
olaylar.az

6Mənbələr