AZ

Ölkə iflic vəziyyətdə: 300 min əsgər cəlb edildi

Vyetnam ilin ən güclü tayfunu olan Kajiki qasırğasına hazırlaşır. Hökumət 500 min insanı əhatə edən təxliyə planını işə salıb.

Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, saatda 166 kilometr sürətlə hərəkət edən fırtına səbəbindən sahilyanı ərazilərdə yaşayan 40 mindən çox insan təxliyə edilib. İki regional hava limanı bağlanıb, çoxsaylı reyslər ləğv edilib və ya ləngiyib. Thanh Hoa şəhərində məktəblər iki gündür bağlanıb.

Səlahiyyətlilər insanlara səhər saat 11:00-dan axşam 18:00-a qədər evdə qalmaları barədə xəbərdarlıq edib. Fırtınanın potensial təsirləri ilə mübarizəyə 300 mindən çox əsgər cəlb edilib. Dəniz, sahil mühafizəsi və hava qüvvələri potensial xilasetmə əməliyyatları üçün hazır vəziyyətdədir.

Seçilən
56
2
publika.az

3Mənbələr