17:06 25.08.2025
17:06 25.08.2025
Bakıda hədiyyə və aksessuar mağazasında yanğın baş verib.
Mynews.az xəbər verir ki, bu barədə görüntülər BAKU.WS-ə daxil olub.
Bildirilib ki, Fəvvarələr Meydanında yerləşən "Pink" mağazasının anbarında qısaqapanmadan yanğın başlayıb.
FHN-dən verilən məlumata əsasən mağaza əməkdaşları qısa müddətdə yanğını söndürüb, sahibkara ciddi ziyan dəyməyib.