AZ

Azərbaycan və Türkmənistan: qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığın əhatə dairəsi genişlənir

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan, Türkmənistan və Özbəkistan arasında münasibətlər əsasən tarixi, mədəni və iqtisadi bağlılıqlara əsaslanır. Bu ölkələrin hamısı türksoylu xalqlardır və bir çox sahədə ortaq maraqlara sahibdirlər. Azərbaycan–Türkmənistan və Azərbaycan–Özbəkistan münasibətləri müstəqillikdən sonra, yəni 1990-cı illərin əvvəlindən etibarən formalaşıb. Bu ölkələr müstəqilliklərinə qarşılıqlı hörmət və qeyri-müdaxilə prinsipləri əsasında münasibətlər qurublar. Hər üç ölkə beynəlxalq təşkilatlarda, xüsusilə Türk Dövlətləri Təşkilatı, BMT, Qoşulmama Hərəkatı kimi qurumlarda əməkdaşlıq edirlər.

Azərbaycan, Türkmənistan və Özbəkistan türkdilli dövlətlər kimi ortaq tarixi, mədəniyyəti və dili paylaşır. Bu ortaq xüsusiyyətlər ölkələr arasında siyasi əlaqələrin möhkəmlənməsində də mühüm rol oynayır. Hər üç ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər, sammitlər və beynəlxalq tədbirlərdə fəal iştirak, həmçinin regionda sülh, sabitlik və təhlükəsizlik məsələlərində oxşar mövqelərin nümayiş olunması, eləcə də dayanıqlı inkişaf və ətraf mühitin qorunması ilə bağlı ortaq təşəbbüslərin irəli sürülməsi bu dövlətlərin və xalqların dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyətə olmasını sübut edir.

3 4 iyul 2025-ci il tarixində Qarabağ torpağı olan Xankəndidə yeni inşa edilmiş Konqres Mərkəzində Azərbaycan, Türkmənistan və Özbəkistan rəhbərlərinin iştirakı ilə keçirilmiş 17 ci ECO Zirvə görüşü bərpa quruculuq işlərinin simvolik göstəricisidir. Bu Zirvə görüşü “Dayanıqlı və iqlim dəyişikliyinə davamlı bir gələcək üçün yeni ECO vizyonu” mövzusu ətrafında qurulmuşdur. Zirvə görüşü yekununda Xankəndi Kommunikəsi – “Khankendi Communiqué” — qəbul edilmiş, bərpa işlərinin qiymətləndirilməsi və bölgəyə sülh dayanıqlılığı ilə bağlı dəyərli və mühüm fikirlər söylənilmişdir.

Həmin görüşün davamı olaraq avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistana işgüzar səfəri zamanı Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli üçtərəfli görüşün yekunlarına dair mətbuata verdiyi bəyanatda bir çox mühüm və hər üç ölkə üçün əhəmiyyətli məsələlərin vacibliyi diqqətə çatdırılmışdır.

Bu görüş üç dost və qardaş dövlət arasında yeni strateji əməkdaşlıq dövrünü açan bir tədbir idi. Azərbaycan Türkmənistan-Özbəkistan dostluğu xalqların öz iradəsinə əsaslanan dərin qardaşlığın nəticəsidir və bu münasibətlər yeni üfüqlərə doğru birlikdə irəliləyir.

Dövlət başçıları arasında imzalanmış Bəyanat əslində bu ölkələrin strategiya və dəyər birliyinin təzührüdür. İmzalanan Bəyanatın mahiyyətindən də göründüyü kimi, Bəyanatın əsas prioritet istiqamətləri ortaq tarixi-mədəni dəyərlərin, dostluq və qardaşlıq əsasında daha sıx əməkdaşlıq istiqamətində irəliləmək niyyətinin olmasıdır.

Üç dövlətin birgə bəyanatı Azərbaycan–Türkmənistan–Özbəkistan arasında nəqliyyat loqistika əməkdaşlığına dair Anlaşma Memorandumunun, Azərbaycan (Füzuli) və Türkmənistan (Arxadağ) arasında qardaşlaşma protokolunun və həmçinin, Azərbaycanla Türkmən hava yolları arasında beynəlxalq hava əlaqələrinin inkişafı üçün memorandum imzalanması ilə nəticələnmişdir.

Bütün bu mühüm tədbirlərin həyata keçirilməsi və ölkələr arasında birgə, sıx əməkdaşlıq onu göstərir ki, Azərbaycan, Türkmənistan və Özbəkistanın qarşılıqlı fəaliyyəti yaxın gələcəkdə də regional əməkdaşlığın dərinləşməsi, iqtisadi artımın sürətlənməsi, Türk dünyasının birliyinin möhkəmlənməsi və qlobal arenada daha təsirli çıxışların həyata keçirilməsi üçün yeni imkanlar yaradacaqdır.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
sesqazeti.az

4Mənbələr