AZ

AZAL: Sərnişinə ödənməli olan vəsait bizim hesabımızdan çıxıb

AZAL: Sərnişinə ödənməli olan vəsait bizim hesabımızdan çıxıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Məmmədli Nuranə Namiq qızının bilet qaytarılması prosesi ilə bağlı şikayətinə cavab verib.

N.Məmmədli AFN.az-a müraciət edərək may ayında aldığı bileti iyunda qaytarmalı olduğunu, lakin qaytarmadan sonra vəsaitini geri ala bilmədiyini deyib. Onun sözlərinə görə, 25 iyunda mail yazaraq qaytarılma üçün müraciət edib. 30 iyunda AZAL-dan gecikməyə görə üzr istəyərək maili cavablayıblar. 2 iyulda isə ödənişin geri qaytarıldığına dair mail göndərilib: "Ancaq hesabıma heç bir vəsait yatmadı. Hər dəfə mailimə referans kodlarını göndərdilər ki, bankla görüşün. Bank da deyir ödəniş gəlməyib".

Yazı AFN.az-da dərc edildikdən sonra AZAL-dan redaksiyamızla əlaqə saxlanılaraq N.Məmmədlinin bilet pulunun geri ödəndiyi bildirildi. Qeyd edildi ki, iyulun 2-də vəsait AZAL-ın müvafiq hesabından çıxıb. Qurumdan bildirildiyinə görə, ehtimal ki, problem banklararasıdır.

Onu da bildirək ki, N.Məmmədli Türkiyədə olduğu üçün Türkiyə bankının xidmətindən istifadə edir. AZAL-ın hesabı isə Azərbaycan Beynəlxalq Bankındadır. Mövzu ilə bağlı adıçəkilən banka sorğu ünvanlamışıq, cavabını təqdim edəcəyik.

Seçilən
18
afn.az

1Mənbələr