AZ

Daha bir futbolçu milliləşdirilir: "Dinamo"nun üzvü AFFA-nın hədəfindədir

AFFA ölkə xaricində çıxış edən daha bir azərbaycanlını milliyə cəlb etməyi planlaşdırır.

Apasport.az saytına verilən məlumata görə, uzun müddətdir ki, federasiyanın diqqət mərkəzində olan Ülvi Babayev hazırda milliləşdirilməsi istənilən əsas oyunçulardandır. 

Daha əvvəl bəzi futbolçulardan müsbət cavab almayan federasiya Babayevi milliləşdirmək istəyir.

21 yaşlı sol cinah yarımmüdafiəçisi müqavilə ilə “Dinamo”(Moskva) klubuna məxsusdur. “Ximki” futbol klubunun akademiyasının yetirməsi olan Babayev sonradan “Dinamo”nun futbol akademiyasına keçib.

O, Moskva klubundan savayı “Krılya Sovetov”da da icarə əsasında çıxış edib.

Babayev həmçinin Rusiyanın U-15 və U-16 yığmalarında oynayıb.

50-ci səfər qolu, 35-ci qələbə

“İmişli”nin müdafiəçisi: “Nəticələrdən 100 faiz razı deyiləm”

Kurban Berdiyev: “Əlimizə düşən imkanlardan istifadə edə bilmədik"

Elmar Baxşıyev: “Penalti epizodu qərarı səhv idi”

“Turan Tovuz” evdə məğlub oldu - YENİLƏNİB

Seçilən
11
5
apasport.az

7Mənbələr