AZ

Bir London klubundan digərinə keçdi

“Arsenal” rəhbərliyi gözlənilən transferi reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, London klubu “Kristal Pelas”dan yarımmüdafiəçi Ebereçi Ezeni sıralarına qatıb. “Topçular”ın rəsmi məlumatında Ebereçinin “10” nömrəli formanı geyəcəyi və “Lids”lə oyundan sonra yeni komandasına qoşulacağı qeyd olunub.

Eze “Kristal Pelas”da 2020-ci ildən çıxış edirdi. 27 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 43 oyunda çıxış edərək 14 qol vurub və 11 məhsuldar ötürmə edib.

Seçilən
24
1
football-plus.az

2Mənbələr