AZ

"Yuventus" "Beşiktaş"ın təklifini qəbul etdi

BAKI, 25 avqust. TELEQRAF

İtaliyanın "Yuventus" klubunun futbolçusu Tiaqu Calo karyerasına Türkiyədə davam etdirəcək.

Teleqraf məşhur insayder Yağız Sabuncuoğluya istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi "Beşiktaş"a keçəcək.

Turin təmsilçisi "qartallar"ın 25 yaşlı oyunçu üçün göndərdiyi təklifi qəbul edib. Hazırda Calo ilə "Beşiktaş" nümayəndələri arasında danışıqlar aparılır.

Qeyd edək ki, Tiaqu Calo 2024-cü ilin yanvarından "Yuventus"dadır. O, ötən mövsümü icarə əsasında ölkəsinin "Portu" klubunda keçirib.

Seçilən
3
teleqraf.com

1Mənbələr