AZ

"Arsenal"da şok itki

style='margin-bottom:10px;'>

"Arsenal" ciddi itki ilə üzləşib.

QOL.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Bukayo Saka Premyer Liqanın 2-ci turunda "Lids"ə 5:0 hesabı ilə qalib gəldikləri oyunda zədələnib. Artıq o, tibbi müayinədən keçib. 23 yaşlı futbolçu 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Sakaya bud nahiyəsindən zədə diaqnozu qoyulub.

Bukayo ötən mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 12 qol vurub və 14 məhsuldar ötürmə verib.

Seçilən
3
2
teleqraf.com

3Mənbələr