AZ

Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir - Kamaləddin Qafarov

Bakı. Trend:

Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələringenişləndirilməsi və inkişaf etdirilməsi prioritet istiqamətlərdənbiridir. Ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsindəfəaliyyəti isə xüsusi önəm daşıyır.

Trend xəbərverir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə , Azərbaycan türkdilli dövlətlərləikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafını daimdiqqət mərkəzində saxlayır.

“Bu baxımdan cənab Prezident İlham Əliyevin avqustun 22-dəTürkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovundəvəti ilə Türkmənistana işgüzar səfəri də mühüm əhəmiyyət kəsbedir. Məlum olduğu kimi, həmin tarixdə Türkmənbaşı şəhərindəAzərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Zirvə Görüşükeçirilib.”

K.Qafarov bildirib ki, Türkmənbaşı Sammitində əldə olunanrazılaşmalar və imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlıqəlaqələrinin daha da genişlənməsinə mühüm töhfə olacaq:

“ Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasiəlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulmasıÜçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdənbiri kimi dəyərləndirilir. Cənab Prezident İlham Əliyevin Sammitinyekunlarına dair mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğukimi, hazırda Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanlasiyasi əlaqələri yüksək səviyyədədir. Cari ilin iyul ayındaTürkmənistan Xalq Məsləhətinin sədri dövlət başçımızın dəvəti iləAzərbaycanda səfərdə olmuşdur. İki gün ərzində aparılan müzakirələrgöstərdi ki, bir çox məsələlərdə ölkə rəhbərlərinin mövqeləriüst-üstə düşür. Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviçin buradaTürkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklifirəli sürdüyünü xatırladan cənab Prezident İlham Əliyev bunutürkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına,Azərbaycana olan dəstəyinin nümunəsi, qardaşlığın təcəssümü kimiqiymətləndirdi. Cənab Prezident əmin olduğunu bildirdi ki,Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra daçiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıqşəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıqimkanlarını da genişləndirəcək. Əlbəttə ki, Sammitin gedişində əldəolunmuş razılaşmaların nəticələri olaraq Azərbaycan və Türkmənistanarasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqındaAnlaşma Memorandumu, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağşəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqındaProtokol və Azərbaycan, Türkmənistan və Özbəkistan arasındanəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu kimimühüm sənədlərin imzalanması da üç qardaş ölkə arasında əlaqələrindaha da möhkəmlənməsinə böyük töhfə olacaq.”

K.Qafarov Özbəkistanla dostluq münasibətlərinin yüksək səviyyədəolduğunu vurğulayaraq deyib:

“Cənab Prezident İlham Əliyevin bəyanatındaAzərbaycan-Özbəkistan əlaqələrinin səmimi dostluq münasibətləriüzərində qurulduğu xüsusi qeyd olundu. Dövlətimizin başçısı bu günXankəndidə Özbəkistanın inşa etdiyi böyük tikiş fabrikininfəaliyyət göstərdiyini xatırlatdı. Qeyd olundu ki, bu, Azərbaycana-dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyükhədiyyədir. Özbəkistanın ilk qardaşlıq hədiyyəsi isə, Füzulidə dahiözbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlikorta məktəbin inşası olmuşdur. Əminliklə demək olar ki,Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələri bundan sonra da səmimidostluq və qardaşlıq münasibətləri əsasında inkişafda olacaq və hərüç ölkənin xalqlarının rifahına xidmət edəcəkdir”.

Məqalədə:
Seçilən
30
18
az.trend.az

10Mənbələr