AZ

"Mazarina Trade Company" maliyyə və mühasibatlıq mütəxəssisi axtarır

Finss.az - "Mazarina Trade Company" maliyyə və mühasibatlıq sahəsində mütəxəssis axtarır. Namizəd aylıq və illik maliyyə və idarəetmə hesabatlarının hazırlanması, faktiki və büdcə nəticələrinin müqayisəsi, maya dəyərinin təhlili, MHBS (IFRS) standartlarına uyğun müxabirləşmələrin aparılması, proqnoz büdcənin hazırlanmasında iştirak və xarici audit üçün illik maliyyə hesabatlarının hazırlanması vəzifələrini yerinə yetirəcək.

Namizəd üçün tələblər arasında: maliyyə və mühasibatlıq üzrə ali təhsil, sahədə 2–3 il iş təcrübəsi, ERP sistemləri (1C, Mikro və s.), MHBS bilikləri (F3 mütləq, F7 üstünlükdür), mükəmməl səviyyədə Excel bacarıqları və pozitiv yanaşma yer alır.

İş qrafiki həftədə 5 gün, saat 09:00–18:00, əmək haqqı isə müsahibə əsasında müəyyənləşdiriləcək. Müraciət üçün e-poçt: [email protected]

Fuad Mədətov
Finss.az

Seçilən
49
fins.az

1Mənbələr