AZ

“Ssenari yazmağın təməl qaydaları” kitabı Azərbaycan dilinə tərcümə olunacaq

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) dünyaşöhrətli bestseller Sid Fildin “Ssenari yazmağın təməl qaydaları” adlı kitabının Azərbaycan dilinə tərcümə və yayım hüquqlarını 5 illik müddətinə alıb.

Bu barədə AZƏRTAC-a AKİ-dən məlumat verilib.

Sözügedən kitab ilk dəfə 1979-cu ildə işıq üzü görüb. 2003-cü ilə qədər kitab yarım milyon nüsxə ilə satılıb. Dünyanın 400-dən çox universitet və kolleclərində dərs vəsaiti kimi geniş istifadə olunur.

Müəllif, beynəlxalq miqyasda tanınmış ssenarist, prodüser, mentor, lektor və bir neçə bestseller kitabın müəllifidir. Bu kitablardan biri olan “Ssenari yazmağın təməl qaydaları” bu günə qədər 22 dilə tərcümə olunub, 23-cü dil Azərbaycan dilidir.

O, Roland Joffé-nin film istehsalat şirkətində, 20th Century Fox, Disney Studios, Universal Pictures və Tri-Star Pictures kimi tanınmış studiyalarda ssenari məsləhətçisi kimi çalışmışdır. Sid Fild, Amerika Ssenaristlər Assosiasiyası tərəfindən Ssenarist Şöhrət Zalına ilk daxil edilən şəxs olmuşdur.

Müəllif və onun bu kitabı haqqında dünya şöhrətli fikirlər:

Kitab, yeni başlayan ssenaristlər, kino tələbələri, rejissor və prodüserlər və film sahəsində yazı işləri ilə məşğul olan hər kəs üçün faydalıdır. 18 hissədən ibarət olan bu kitab AKİ tərəfindən nəşr edildikdən sonra kino mütəxəssisləri, tələbələrə pulsuz paylanacaq.

Qeyd edək ki, müqavilənin bağlanması “Roller Bird” nəşriyyat evi və onun təsisçisi Əfsanə Yusifin təşkilati dəstəyilə baş tutub.

Seçilən
23
2
azertag.az

3Mənbələr