AZ

“Beşiktaş” Mali millisinin futbolçusunu icarəyə götürür

Bakı, 25 avqust, AZƏRTAC

Türkiyənin “Beşiktaş” komandası heyətinə yeni futbolçu cəlb edəcək.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın “Atalanta” komandasından El Bilal Tureni icarəyə götürəcək. Artıq tərəflər arasında danışıqlara start verilib.

23 yaşlı hücumçu 2023-cü ildən Berqamo klubunda çıxış edir. O, Mali millisinin heyətində 25 oyunda 9 qolla yadda qalıb.

Seçilən
6
2
azertag.az

3Mənbələr