AZ

Trampın kripto layihəsi WLFI tokenlərini bazara çıxaracaq

Bazar ertəsi, 25 avqust, erkən investorlar ABŞ prezidenti Donald Trampın üç oğlunun daxil olduğu “World Liberty Financial” kripto platformasının WLFI tokenlərinin bloklanmasının açılmasına başlayacaqlar.

Banker.az xəbər verir ki, WLFI kriptovalyutası isə 1 sentyabrdan etibarən birjalarda ticarətə çıxacaq.

Hazırda başlanan blok açılışı çərçivəsində, ilk alıcıların $0.015 və $0.05 qiymətləri ilə aldığı WLFI tokenlərinin 20%-i bazara çıxacaq, deyə World Liberty bildirib. Şirkət qeyd edib ki, layihənin təsisçiləri, komanda üzvləri, məsləhətçilər və tərəfdaşlar bu açılışda iştirak etməyəcəklər.

WLFI tokenlərinin mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kripto birjalarda ticarətinin başlanması 1 sentyabr saat 16:00 (Bakı vaxtı) planlaşdırılıb. Hansı platformaların ticarət aparacağı barədə elanların yaxın günlərdə yayımlanacağı vəd olunur.

Bu arada, böyük birjalarda (Binance, Bybit və OKX) WLFI tokeninin fyuçersləri ilə ticarət başlayıb. Hazırkı qiymətlərə ($0,22 ətrafında Binance-də) əsaslanaraq, tokenlərin ümumi qiymətləndirilməsi (FDV), 100 milyard token üzrə, təxminən $22 milyard ola bilər.

Seçilən
10
banker.az

1Mənbələr