AZ

Dövlət Komitəsinə azad edilmiş ərazilərə qayıdışla bağlı 3 minə yaxın müraciət daxil olub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı 2975 müraciət daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə dövlət qurumu məlumat yayıb.
 
Bildirilib ki, həmin ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə yaradılmış “1657” qısa nömrəli “qaynar xətt” xidmətinə Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı 2867 məlumat və müraciət daxil olub.
 
Birinci istiqamət üzrə daxil olan müraciətlərdən 13-nü işğaldan azad olunmuş ərazilərə qayıtmış şəxslər edib. Həmin müraciətlər araşdırılaraq problemlərin aradan qaldırılması üçün tədbirlər görülüb.
Seçilən
13
11
moderator.az

10Mənbələr