AZ

Gəmilərə xəbərdarlıq edildi

Yazını böyüt
Yazını kiçilt

"Kadziki" tropik qasırğası Tonkin körfəzində (Cənubi Çin dənizinin Çin və Vyetnam sahillərində yerləşən, Leyçou yarımadası və Haynan adası vasitəsilə açıq dənizdən ayrılan körfəzi - red.) 4-6 metrlik dalğalar yaradıb.

Hafta.az xəbər verir ki, bununla əlaqədar Çin Dəniz Mühitinin Proqnozlaşdırılması Mərkəzi tərəfindən akvatoriyada gəmilər üçün sarı xəbərdarlıq səviyyəsi elan edilib.

Haynanın şərq, cənub və qərb sahillərində 2-4 metr hündürlüyündə orta yüksək dalğalar gözlənilir. Bundan əlavə, adanın qərb və şimal sahillərində 30-50 sm-lik fırtına dalğası müşahidə olunacaq. Quansi-Çjuansk Muxtar Dairəsi və Leyçjou yarımadasının sahillərində 40-90 sm-lik fırtına dalğası gözlənilir. /TASS/

Seçilən
37
1
hafta.az

2Mənbələr