AZ

Gənc qadın məhkumlarla görüş keçirilib

Gənclərin Hüquqlarının Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “Gənc qadın məhkumlarla iş” layihəsini həyata keçirib.


Layihənin məqsədi cəzaçəkmə müəssisələrində olan gənc qadın məhkumlar arasında gender zorakılığı haqda məlumatlandırma və onlara psixo-sosial xidmətlərin göstərilməsidir.

Cəzaçəkmə müəssisələrini tərk etməkyə hazırlaşan risk qrupuna daxil olan məhkumlar isə sosial müdafiə, tibbi, hüquqi və xidmətlər haqda təlimatlandırılmışlar.

 Gender əsaslı zorakılıq cəmiyyətimzin ciddi problemlərindən biri sayılır. Cəzaçəkmə müəssisələrində olan məhkumların gender əsaslı zorakılıq haqda məlumatsızlığı onların cəmiyyətə re-inteqrasiyasında problemə səbəb olur. Habelə, həmin şəxslərlə profilaktik tədbirlər və sosial-psixoloji dəstək xidmətlərinə əlçatanlıq aşağıdır.

Məişət zorakılığı ilə üzləşmiş qadınların əzaçəkmə müəssisələrini tərk etdikdən sonra sosial adaptasiya problemləri də yaranır. Qeyd edilən problemlərin həllində vətəndaş cəmiyyəti instituları və dövlət qurumları əməkdaşlığı həyata keçirilir.

Təcrübəyə əsasən məhkumlara  davamlı psixo-sosial yardım göstərilmədikdə və onlar arasında maarifləndirmə aparılmadıqda təkrar cinayətkarlıq artır. Layihə vasitəsilə penitensiar xidmətin cəzaçəkmə müəssisəsində qadın məhkumlar arasında gender əsaslı zorakılıqla bağlı maariləndirmə aparılaraq onlara qadın hüquqları, müvafiq şəraitdə müraciət edəcəyi qurumlar haqda məlumat verilib. 

 

Seçilən
37
1
anews.az

10Mənbələr