ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gün Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, Qobustanda çayda boğulanlar rayonun Ərəbqədim kənd sakinləri - 1992-ci təvəllüdlü Rahib Cavadlı və qardaşı uşaqları 2010-cu təvəllüd Eyyub Cavadlı və 2007-ci təvəllüdlü Teyyub Cavadlıdır.
Belə ki, E.Cavadlı ayağının sürüşməsi nəticəsində Pirsaat çayına düşüb. Onu xilas etmək istəyən əmisi və qardaşı da çayda boğulublar.
Seymur Əli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.