Bakı, 25 avqust, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Liaonin Xalq Hökumətinin Xarici Əlaqələr İdarəsinin rəis müavini Cao Honqbinin rəhbərlik etdiyi Çin nümayəndə heyəti ilə görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib, Liaonin əyaləti ilə sənaye və kənd təsərrüfatı sahələrində mümkün regional əməkdaşlıq imkanları müzakirə olunub.
Nümayəndə heyətinin rəhbəri Liaonin əyaləti haqqında məlumat verərək, Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Tərəflər, həmçinin Azərbaycanda və Liaonin əyalətində keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, qarşılıqlı iştirak bu tədbirlərin ikitərəfli münasibətlərin, xüsusilə də investisiya sahəsində tərəfdaşlığın inkişafına mühüm töhfə verə bilər.