AZ

Yanvar-iyul aylarında əlilliyi olan 24,5 min uşağa reabilitasiya xidmətləri göstərilib

7 ayın sosial göstəriciləri

QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin yanvar-iyul aylarında əlilliyi olan 24,5 min uşağa xidmətlər göstərilib.

Onlardan 16,6 mini ambulator, 1,2 mini stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Seçilən
18
5
qht.az

6Mənbələr