AZ

Gərginlik artır: ABŞ F-35 qırıcılarını bu əraziyə yerləşdirdi

ABŞ Cənubi Koreya ilə davam edən birgə hərbi təlim çərçivəsində Koreya yarımadasına F-35 döyüş təyyarələrini yerləşdirib.

Publika.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 18-də başlayan və Şimali Koreyadan gələn təhdidlərə qarşı birgə müdafiə hazırlığını gücləndirmək məqsədi daşıyan illik “Ulchi Freedom Shield” (UFS) təlimi hazırda davam edir.

ABŞ Silahlı Qüvvələrinin rəsmisinin sözlərinə görə, 10 ədəd “F-35” döyüş təyyarəsi UFS-in tərkibində müvəqqəti olaraq paytaxt Seulun cənubundakı Kunsan Hava Bazasına yerləşdirilib.

Seçilən
9
2
publika.az

3Mənbələr