AZ

Tramp iki məşhur telekanalı bağlatdırmaq istəyir

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında paylaşım edərək "ABC" və "NBC" telekanallarının onun prezidentliyi ilə bağlı əsasən mənfi xəbərlər yaydığını iddia edib.

"Cebheinfo.az" xəbər verir ki, paylaşımında Tramp bu iki kanalı “tarixin ən pis və ən qərəzli kanalları” adlandıraraq onları “saxta xəbər” yaymaqda ittiham edib və belə deyib:

“Çox yüksək populyarlığa sahib olmağıma və bir çoxlarına görə prezidentlik tarixinin ən uğurlu 8 ayından birini yaşamağıma baxmayaraq, “ABC” və “NBC” kimi tarixin ən pis və qərəzli iki kanalı mənim haqqımda 97 % mənfi xəbər yayır”.

Tramp bu telekanalların ABŞ-də “Demokrat Partiyasının bir qolu” kimi fəaliyyət göstərdiyini irəli sürərək, onların yayım lisenziyalarının Federal Rabitə Komissiyası (FCC) tərəfindən ləğv edilməli olduğunu bildirib.

Lisenziya ləğvi ilə bağlı Tramp deyib:

“Buna tamamilə tərəfdaram, çünki çox qərəzlidirlər və yalan danışırlar, demokratiyamız üçün real təhlükə yaradırlar”.O, həmçinin bu kanalların “lisenziya haqlarını” ödəmədiyini iddia edib və bu haqların “milyonlarla dollar” olması gərəkdiyini vurğulayıb.

Tramp əlavə edib ki, Respublikaçılar və ya mühafizəkarlar haqqında ədalətsiz xəbərlərə görə lisenziyalarını itirməlidirlər, lakin ən azından ən dəyərli yayım şəbəkələrini istədikləri zaman və yerdə istifadə etmək imtiyazına sahib olduqları üçün böyük bir məbləğ ödəməlidirlər.

Seçilən
95
cebheinfo.az

1Mənbələr