AZ

Fars mətbəxindən unudulmaz dad: "E Joo" şorbası

Fars

Fars şorbası – E Joo – Yaxın Şərq mətbəxinə məxsus isti və qidalandırıcı yeməkdir. Bu şorbanın özəlliyi ondadır ki, arpa dənəsi, toyuq əti və süd birlikdə bişirilir, ədviyyatların ətri isə ona unudulmaz dad qatır. Həm doyumlu, həm də bədəni isidən ideal yeməkdir.🔻 İNGREDİYENTLƏRToyuq əti – 500 qSu – 2 litr (sonda ~1,5 l qalacaq)Arpa – 300 qSüd – 1 litrKartof – 100 q (kub-kub doğranmış)Soğan – 250 qYerkökü – 150 qBitki yağı – qovurma üçünƏdviyyatlar – hərəsindən 1 ç.q. (koriandr, kimyon, zərdəçal)Kərə yağı – 20 qGöyərti – cəfəri, keşniş🔻 HAZIRLANMA QAYDASIToyuğu 2 litr suda bişirin, bulyonu süzün (təxminən 1,5 litr qalmalıdır). Əti xırda doğrayın. Soğan və yerkökünü yağda qızardın, üzərinə keşniş toxumu, kimyon və zərdəçal əlavə edin.Əsas hissə: Bulyona arpanı əlavə edin, 30 dəqiqə bişirin.Sonra kartof, qızarmış kök və soğan, doğranmış toyuq və südü əlavə edin. Daha 15 dəqiqə bişirin.Ən sonda kərə yağı və doğranmış göyərti qatın.Şorba qatı, krem kimi yumşaq konsistensiyaya malik olur. Südün zərifliyi ilə ədviyyatların ətiri mükəmməl harmoniya yaradır. "E Joo" isti halda, üzərinə keşniş və cəfəri səpərək süfrəyə verilir. Lavaş və ya xırtıldayan çörəklə çox gözəl gedir.Ulusum.az

Diqqət Çəkənlər

Trampın əlindəki göyərmə yenə diqqət çəkdi

Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO

Abituriyentlər və valideynlərə önəmli ÇAĞIRIŞ

Seçilən
1
ulusum.az

1Mənbələr