AZ

Türkiyə KİV: "Qarabağ"ın uğurları hər kəs üçün nümunədir"

“Qarabağ”ın beynəlxalq arenada qazandığı uğurlar təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da diqqət mərkəzindədir.

Operativ Media xəbər verir ki, Ağdam klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş”la ilk oyunu Türkiyədə müzakirə mövzusu olub.

“TRT Sport” kanalında yayımlanan “Spor Manşet” verilişində Azərbaycan çempionunun 3:1 hesablı səfər qələbəsi barədə danışılıb. Proqramın iştirakçıları komandanın həm daxili yarışlarda, həm də avrokuboklarda illərdir stabil çıxışına münasibət bildiriblər: “Qarabağ” deyiləndə həyəcanlanırıq, ölkəmizin komandası kimi görürük. Bu klubun uğurları hər kəs üçün nümunədir. “Qarabağ”ın prezidenti Tahir Gözəlin illərdir gördüyü uğurlu işlərin bəhrəsini görür. Çox düzgün fəlsəfə ilə çalışırlar. “Qarabağ”ı Çempionlar Liqasının Liqa mərhələsində izləməyi çox istəyirəm”.

Qeyd edək ki, “Qarabağ”la “Ferensvaroş” arasında cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Seçilən
63
operativmedia.az

1Mənbələr