AZ

Türkiyənin premium televiziya platforması “Digiturk” artıq “CityNet TV”də

Bakı.Trend:

“CityNet TV” izləyicilərinə təqdim etdiyi məzmun çeşidini dahada zənginləşdirərək, dünyanın aparıcı media nəhəngi “BeIN MediaGroup” ilə əməkdaşlığa başlayıb. Bu tərəfdaşlıq nəticəsində“CityNet TV” istifadəçiləri Türkiyənin premium televiziyaplatforması “Digiturk”ün təqdim etdiyi zəngin məzmunu izləyəbiləcəklər.

Yeni “Digiturk” paketi çərçivəsində idman həvəskarları “BeINSports International”, “BeIN Sports 2”, “BeIN Sports 3”, “BeINSports 4” kanallarında Türkiyə Super Liqasının matçları da daxilolmaqla bir çox futbol qarşılaşmalarına yüksək keyfiyyətdə baxabiləcəklər. Əyləncə və kino həvəskarları üçün isə xüsusi olaraq“BeIN Iz”, “BeIN Gurme”, “BeIN Movies Turk” kanalları təqdimolunur. Bundan əlavə, 1000-dən çox müxtəlif janrda film vəserialdan ibarət VoD kataloqu izləyicilərə premium məzmuna çıxışimkanı yaradır.

Qeyd edək ki, “CityNet TV”yə yeni qoşulan istifadəçilər“Digiturk” paketindən ilk ay ödənişsiz yararlana biləcəklər. Mövcudabunəçilər üçün xidmətin dəyəri aylıq cəmi 16.99 AZN təşkil edir.Xidmətdən istifadə edə bilmək üçün “CityNet”in yeni nəsil AndroidSTB (Set-Top Box) cihazı tələb olunur.

Xatırladaq ki, “CityNet TV” “Digiturk”lə yanaşı, “BluTV”,“Setanta Sports”, “Dizi Channel”, “FilmBox” kimi premium kanallarıizləmə imkanı təqdim edir. Bundan əlavə, istifadəçilər platformaüzərindən “YouTube”, “Netflix”, “Amazon Prime”, “Spotify” kimiməşhur tətbiqlərə də rahatlıqla baxa bilərlər.

“CityNet” haqqında

Azərbaycanın aparıcı internet provayderi olan “CityNet” (ticarətnişanı “Uninet” MMC-yə məxsusdur) yüksəksürətli sabit internet,telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. “CityNet” Bakışəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmətşəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etməkolar. “Uninet” MMC müxtəlif sahələrdə və ölkələrdə fəaliyyətgöstərən “NEQSOL Holding”in tərkibində olan “Azerconnect Group”adaxildir.

Qoşulma və ya xidmətlər haqqında daha ətraflı məlumat əldə etməküçün www.citynettv.azsaytına daxil ola, *1177 ilə əlaqə saxlaya və ya “CityNet TV” mobiltətbiqindən istifadə edə bilərsiniz.

Seçilən
20
16
az.trend.az

10Mənbələr