25 avqust tarixi Azərbaycan Radiosunun canlı əfsanəsi, idman gimnastikası üzrə ilk idman ustası, Prezidentin fərdi təqaüdçüsü, diktor Züleyxa Hacıyevanın doğum günüdür.
Redaktor.az-ın məlumatına görə, onun 102 yaşı tamam olur.
Züleyxa Hacıyeva 1942-1992-ci illərdə Azərbaycan Radiosunda bir çox verilişlərin – “Səhər gimnastikası”, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və s. aparıcısı olub.
Həmçinin o, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri kimi tanınır. Z.Hacıyeva idman sahəsində xidmətlərinə görə SSRİ idman ustası, gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu adına layiq görülüb.