AZ

İxtisaslarda bal artımına təsir edən əsas faktor hansıdır? Repetitor AÇIQLADI

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dövlət İmtahan Mərkəzi 2025-2026-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin ötən günlərdə nəticələrini elan edib.

Redaktor.az-a danışan  Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov bildirdi ki, hər il olduğu kimi, bu il də bəzi təhsil müəssisələrinə keçid balları yüksəldi.

"Bu, daha çox keyfiyyətli təhsil verən universitetlərin müvafiq fakültələrində müşahidə olunur. Balların bu qədər artmasına səbəb odur ki, abituriyent ötən illərdəki bal artımlarını izləyir və hazırlıq dönəmində öz bilik, bacarıqlarını daha da mükəmməl edir".

Repetitorun sözlərinə görə, abituriyent nəzərə alır ki, əgər ötən illərdə ballar yüksələn xətlə inkişaf edirsə, demək, cari təhsil ilində də balların qalxmaq ehtimalı var.

"Bütün bu amilləri nəzərə alan abituriyent hazırlıq səviyyəsini daha da mükəmməlləşdirir. Sonda rəqabət artır və nəticədə ballar yüksəlir. Məncə, rəqabət olan hər yerdə bunu təbii qəbul etmək lazımdır. Uğur qazanan bütün şagirdləri təbrik edir və gələcək təhsil illərində uğurlar arzu edirəm".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
redaktor.az

2Mənbələr