Rusiya ilə Ukrayna arasında atəşkəs diplomatiyası davam edərkən, iki ölkə arasında daha bir əsir mübadiləsi həyata keçirildi.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilib:
“146 rus hərbçisi Kiyevin nəzarətində olan ərazidən geri döndü. Əvəzində, Ukrayna Silahlı Qüvvələrinə məxsus 146 hərbi əsir Ukraynaya təhvil verildi”.
Bundan əlavə, “Kursk bölgəsində yaşayan və qanunsuz şəkildə saxlanılan 8 rus vətəndaşı”nın da əsir mübadiləsinin bir hissəsi olaraq geri qaytarıldığı açıqlanıb.