Telefon, planşet və kompüterdən uzun müddət istifadə uşaqlarda asılılıq yarada bilər.
Pravda.az xatırladır ki, texnologiyanın nəzarətsiz istifadəsi sosial əlaqələrə və məktəb uğurlarına mənfi təsir edir.
Uşaqların gündəlik ekran vaxtı yaşa görə məhdudlaşdırılmalıdır:
Məktəbəqədər: 30 dəqiqə
İbtidai: 45 dəqiqə
Orta məktəb: 1 saat
Lisey: 2 saat
Valideynlərə tövsiyələr:
Texnologiyanı tam qadağan etmək əvəzinə, vaxt məhdudiyyəti qoymaq.
Uşaqlarla birlikdə qaydalar müəyyənləşdirmək.
Sosial və idman fəaliyyətlərinə zaman ayırmaq.
İnternetin gerçək həyatdan fərqli olduğunu öyrətmək.
Qeyd: Uşaqlar ekrana nə qədər az baxsa, bir o qədər sağlam böyüyür.
Əminə Bayramova
Tarix: 25 Avqust 2025, 11:21