İsrailin Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbələri nəticəsində ölən və yaralananların sayı artıb.
Turkustan.az xəbər verir ki, husilərə bağlı Yəmən Səhiyyə Nazirliyinin sözçüsü Enis əl-Əsbahi Amerika şirkəti X platformasındakı hesabından hücumlarla bağlı yazılı açıqlama verib.
AA-nın məlumatına görə, bəyanatda aşağıdakılar yer alıb: “Sionist düşmən (İsrail) təyyarələrinin Sənada Həziz Elektrik Stansiyası və 60-cı küçədə yerləşən neft şirkəti stansiyasını bombalaması nəticəsində həlak olan şəhidlərin sayı 4-ə, yaralıların sayı isə 67-yə çatıb.
Asbahi “Mülki müdafiə və xilasetmə qrupları itkin düşənlərin axtarışını və müəyyənləşdirilməsini davam etdirir” məlumatını da paylaşıb.
Aytən Yaşar/ Turkustan.az