AZ

Gürcüstan hava limanları cari ilin ikinci rübündə 2,1 milyon sərnişinə xidmət göstərib

Tbilisi, 25 avqust, AZƏRTAC

Gürcüstanın hava limanları cari ilin ikinci rübündə 2,1 milyon sərnişinə xidmət göstərib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, Gürcüstan hava limanları 2024-cü ilin aprel-iyun ayları ilə müqayisədə 17,4 faiz çox - 1,1 milyon sərnişin qəbul edib. Hava limanlarından 1 milyon sərnişin (18,1% çox) yola düşüb.

Cari ilin ikinci rübündə Gürcüstan hava limanlarında sərnişin axınının 95,1faizini planlı uçuşlar təşkil edib. Həmçinin statistikaya əsasən, hava limanlarında 8,6 min sərnişin reysi həyata keçirilib ki, bu da 2024-cü ilin ikinci rübü ilə müqayisədə 12,8 faiz çoxdur. Bundan əlavə, Gürcüstanın hava nəqliyyatı ilə 172,6 min sərnişin (+1,5%) daşınıb.

Hesabat dövründə Gürcüstanın hava limanlarında 900 yük reysi həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86,9 faiz çoxdur.

Ölkənin hava limanlarında yük və poçtun həcmi 9 min ton təşkil edib. Bunun 92,2 faizi yük və poçt göndərişləri, 7,8 faizi isə göndərişlər olub.

Ümumiyyətlə, Gürcüstanın hava nəqliyyatı ilə 38,2 min ton yük daşınıb ki, bu da 2024-cü ilin aprel-iyun ayları ilə müqayisədə 18,6 faiz azdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Seçilən
16
3
azertag.az

4Mənbələr