AZ

İngiltərədə rekord sayda oğurluq hadisəsi baş verib

Ölkə parlamentinə təqdim edilən məlumatlara istinadən Böyük Britaniyada oğurluqların sayının 2024-cü ilin martından 2025-ci ilin martına qədər rekord həddə çatdığını bildirib.

Editor.az bu barədə “The Times” a istinadla yazır.

İngiltərə və Uelsdə son 12 ayda ümumilikdə 530 643 oğurluq hadisəsi qeydə alınıb. Bu, 20 ildən çox müddətdə qeydə alınan ən yüksək rəqəmdir.

Hər gün təxminən 800 oğurluğun üstü açılmır ki, bu da hər il 289.000-dən çox cinayətə bərabərdir. Qeyd olunur ki, oğurluq hadisələrinin yalnız 18%-i hüquq-mühafizə orqanları tərəfindən mühakimə olunmasına səbəb olur.

//Gülnarə Abasova, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr