Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.
Moderator.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçiriləcək.
"Qəbələ" doğma meydanda "Zirə"ni qəbul edəcək.
Baş hakim İnqilab Məmmədovun idarə edəcəyi görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, turun digər oyunlarında “Araz-Naxçıvan” səfərdə “Turan Tovuz” 2:1, “Sumqayıt” “Qarabağ”ı 1:0, “Sabah” “Şamaxı”nı 2:1, “Karvan-Yevlax” “Kəpəz”i 3:2 hesabı ilə məğlub edib. “Neftçi” isə “İmişli” ilə qolsuz heç-heçəyə qalıb.
Azərbaycan Premyer Liqası
II tur
25 avqust
19:00. "Qəbələ" – "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Qəbələ şəhər stadionu