ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
La Liqanın 2-ci turunda “Real” səfərdə “Ovyedo” ilə qarşılaşıb.
QOL.az xəbər verir ki, Madrid təmsilçisi yeni baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında daxili liqada 2-ci oyunda 2-ci qələbəsini qazanıb - 3:0. Qolları Mbappe (37, 83-cü dəq.) və Vinisius Junior (90+3) vurublar.
Start heyətdə meydana çıxan və 74-cü dəqiqədə əvəzlənən Türkiyə millisinin üzvü Arda Güler ilk qolun ötürməsini edib.
Qeyd edək ki, “Real” 2 oyundan 6 xal toplayıb. Onlar hazırda eyni xala malik olan “Vilyareal”la və “Barselona” ilə birgə 1-3-cü yerləri bölüşdürürlər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.