AZ

Bu, Rusiyanı başqa ölkələrə hücuma sövq edəcək - VP

Ötən həftə Ukrayna Prezidenti Vladimir Zelenski yeddi Avropa lideri ilə birlikdə Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. Qərb müttəfiqləri Trampı Vladimir Putinlə Alyaskadakı sammitdən sonra Moskvaya güzəştlərdən yayındırmağa çalışır.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.

"Yeni qalmaqalın qarşısını almaq istəyən Zelenski çıxışı zamanı beş dəqiqə ərzində Trampa on dəfədən çox təşəkkür edib. Lakin diplomatik səylərə baxmayaraq, Trampın “Ukraynada qətli dayandırmaq və müharibəni bitirmək” məqsədinə nail olmaq mümkün olmayıb. Amerika lideri Putinlə danışdıqdan sonra sosial şəbəkədə yazıb:

"Hamı belə qərara gəldi ki, Rusiya ilə Ukrayna arasındakı dəhşətli müharibəni dayandırmağın ən yaxşı yolu, sadəcə atəşkəs razılaşması deyil, birbaşa müharibəyə son qoyacaq sülh sazişinə keçməkdir".

"Bununla belə, Kreml Kiyevdən güzəşt tələb etməkdə davam edir, o cümlədən Donbasın əhəmiyyətli hissəsindən imtinasını da istəyir. Nəzərə alsaq ki, Putin bu torpağı hərbi yolla ələ ala bilməyib, Ukraynaya əraziləri könüllü olaraq təhvil verməsi üçün təzyiq etmək tam bir fiasko olardı. Bu, dünyada təcavüzkarları başqalarının torpaqlarını zorla ələ keçirməyə sövq edərdi",- qeyd olunub.

Seçilən
15
5
axar.az

6Mənbələr