AZ

“Sədərək” ticarət mərkəzindəki yanğın yenidən şiddətlənib - YENİLƏNİB-7 - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yerləşən anbarda gecə saatlarında yenidən yanğın şiddətlənib.

APA xəbər verir ki, ərazidə xeyli sayda FHN-in şəxsi heyəti və xüsusi texnikası çalışır.

Yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

15:43

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

saat 13.54

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

***

saat 13.30

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev hazırda hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

***

saat 13.29

Xəbərə video əlavə edilib.

***

saat 13.15

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

saat 12.39

Xəbər verildiyi kimi, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də qüvvələr tərəfindən ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Əlavə məlumat veriləcək.

***

saat 12.34

Xəbərə video əlavə edilib.

***

saat 12.14

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

***

saat 12.08

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

“Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək” “Sədərək”
Seçilən
87
16
apa.az

10Mənbələr