AZ

Donnarumma PSJ azarkeşləri ilə VİDALAŞDI

Canluici Donnarumma PSJ azarkeşləri ilə vidalaşıb.

Bizim.Media xəbər verir ki, italiyalı qapıçı PSJ-nin öz meydanlarında “Anje”yə 1:0 hesabı ilə qalib gəldiyi Liqa 1 oyunundan sonra onun adını səsləndirən azarkeşlərin olduğu tribunalarına yaxınlaşıb.

O, fanatlarla vidalaşıb. Komanda yoldaşları da qapıçını əhatəyə alıblar.

Bundan sonra Donnarumma “Park de Prens” stadionunda rəmzi vida dövrəsi vurub.

Qeyd edək ki, Donnarummanın "Mançester Siti"yə keçəcəyi gözlənilir. 26 yaşlı qapıçı 2021-ci ilin iyulundan Paris təmsilçisinin şərəfini qoruyurdu.

Bizim.Media

Seçilən
34
4
bizim.media

5Mənbələr