Astarada bədbəxt hadisə nəticəsində 72 yaşlı kişi ölüb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu xəbər verir ki, hadisə rayonun Qamışoba kəndi ərazisində, Xəzər dənizinin sahilində qeydə alınıb.
Astara rayonunun Bala Şahağac kənd sakini, 1953-cü il təvəllüdlü Xudaverdi Ağarza oğlu Məmmədov dənizdə boğulub.
İlkin ehtimala görə, X.Məmmədov suda olarkən ürəktutması keçirib və boğulub. Onun cansız bədənini sahildə çimən digər sakinlər aşkar edərək sudan çıxarıblar.