Bakı. Trend:
Drezdendə tramvayda baş verən bıçaqlı hücum nəticəsində 21 yaşlıABŞ vətəndaşı ağır xəsarət alıb.
Trend “Bild”qəzetinə istinadən xəbər verir ki, iki nəfər tramvayda qadınsərnişinləri təhqir edərkən, onlara etiraz edən ABŞ vətəndaşı iləqarşıdurma yaşanıb. Mübahisə zamanı həmin şəxslər gəncə bıçaqlaxəsarət yetirərək hadisə yerindən qaçıblar. Yaralı xəstəxanayayerləşdirilib.
Hadisə ilə bağlı 21 yaşlı Suriya vətəndaşı şübhəli şəxs qismindəsaxlanılıb, digər şübhəlinin axtarışları isə davam edir.
Qeyd edək ki, ABŞ mediası da bu insidentlə bağlı geniş məlumatyayıb.