Əslən Cənubi Azərbaycandan olan Böyük Britaniyanın məşhur müğənnisi Sami Yusuf İstanbul konsertindən əvvəl müsahibə verib.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, sənətçi yeni albomunu niyə Türkiyədə təqdim etməsi ilə bağlı sualı belə cavablayıb:
“Mən bir neçə mədəniyyətin harmoniya edilmiş halıyam. Bəli, ingilis pasportum var. Amma mən azərbaycanlıyam, türkəm, həm şərqdənəm, həm qərbdən. Ona görə Türkiyə qəlbimə çox yaxındır”.