AZ

“Sədərək”də anbarı yanan şirkət KİMİNDİR? Dövlətə külli miqdarda borcu var imiş...

Yenisabah saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün "Sədərək" ticarət mərkəzində güclü yanğın olub.

Yenisabah.az xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, güclü yanğının baş verdiyi anbar “Super Toys” mağazalar şəbəkəsinə məxsus olub. Şirkət həmin anbarı icarəyə götürübmüş.

Xatırladaq ki, ötən il mətbuatda yayılan xəbərlərə görə, “Super Toys” mağazalar şəbəkəsinin dövlətə külli miqdarda vergi borcu yaranıb. Marqarita pizza

Belə ki, ötən ilə olan məlumata əsasən, şirkətin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə 1 milyon 458 min 915 manat 28 qəpik vergi borcu olub.

Qeyd edək ki, "Supertoys" MMC-nin qanuni təmsilçisi Cəfərov Xəqani Vədud oğlu, şirkətin icraçı direktoru Səidə Fətullazadədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
2
yenisabah.az

3Mənbələr