Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında II turun daha bir oyunukeçirilib.
AZƏRTAC xəbər verir ki, ilk turda "Qarabağ"la oyunu təxirəsalınan "Sabah" səfərdə "Şamaxı"nın qonağı olub. Görüş Bakıklubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində hər iki qolu Coy Lens Mikels vurub. Meydansahiblərinin heyətində isə Dioqu Balau fərqlənib.
Günün digər matçında "Turan Tovuz" evdə "Araz-Naxçıvan"ı qəbuledəcək. Görüş saat 19:30-da başlayacaq.