Bərdədə traktorla minik avtomobili toqquşub, xəsarət alanlar var.
News24.az xəbər verir ki, hadisə rayonun Alpoud kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan traktor “Toyota” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik maşını aşıb.
Hadisə zamanı 6 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.//Qafqazinfo