AZ

Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir

ABŞ dövlət katibi Marko Rubio Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib və Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinə ümid etdiyini bildirib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, onun bəyanatı Dövlət Departamentinin saytında dərc olunub.

“Birləşmiş Ştatlar Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir. Biz Ukraynanın suverenliyini dəstəkləyən və onun uzunmüddətli təhlükəsizliyinə zəmanət verən, davamlı sülhə aparan danışıqlar yolu ilə nizamlanmaya inanırıq”, – onun təbrikində deyilir.

O əlavə edib ki, Vaşinqton hər iki ölkənin dinc və firavan gələcəyi naminə Kiyevlə iqtisadi və təhlükəsizlik sahələrində tərəfdaşlığını daha da inkişaf etdirməyi səbirsizliklə gözləyir.

Qeyd edək ki, Ukrayna avqustun 24-də Müstəqillik Gününü qeyd edir.

Seçilən
19
7
nocomment.az

8Mənbələr