BAKI,TurkicWorld, Səməd Əyyubov
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tomas Barrak İsrailə səfər edərək ölkənin baş naziri Benyamin Netanyahu ilə görüş keçirib.
TurkicWorld xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
“ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak İsrailə səfərə gəlib və Netanyahu ilə görüşərək ABŞ prezidenti Donald Trampın İsrailə Livana endirilən zərbələri məhdudlaşdırması ilə bağlı xahişini, həmçinin Suriya ilə aparılan danışıqları müzakirə edib” - deyə, məlumatda qeyd olunub.
Bundan əvvəl bildirilmişdi ki, Barrak İsrailin strateji planlaşdırma naziri Ron Dermer, xarici işlər naziri Gideon Saar və müdafiə naziri İsrael Katz ilə də görüşüb.