Azərbaycan milli komandası 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsində bu gün 1/4 final qarşılaşmasına çıxıb.
Offsideplus.az xəbər verir ki, rəqib Rumıniyanın “Rapid” klubu olub və yığmamız 15:18 hesabı ilə rumınları məğlubiyyətə uğradıb.
Yarımfinala adını yazdıran komandamız saat 17:55-də Niderland ilə üz-üzə gələcək.
B qrupunda yer alan Azərbaycan yığması ötən gün ilk görüşdə Çexiyaya (15:17) uduzsa da, Filippinə qalib gəlib - 21:14.
Qeyd edək ki, bu gün turnirin son günüdür.