ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sudanın Cənubi Darfur ştatında may ayından indiyədək azı 160 nəfər vəbadan ölüb
AZƏRTAC xəbər verir ki, bu barədə ştatın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, yoluxucu xəstəliyin aşkar edildiyi may ayından indiyədək 2880 yoluxma və 160 ölüm faktı qeydə alınıb. Təkcə son gündə 42 yoluxma sənədləşdirilib.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə 2024-cü ilin yayından indiyədək yüz mindən çox sudanlı vəbaya yoluxub, onlardan 2400 nəfərdən çoxu xəstəlikdən vəfat edib. Darfur regionunda silahlı toqquşmalara görə su, ərzaq, təmizlik vasitələri və tibbi xidmət çatışmazlığı xəstəliyin daha da yayılmasına səbəb olur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.